“Neftçi”dən yeni transfer

“Neftçi” daha bir transferi rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, bakılılar xorvatiyalı sol cinah müdafiəçisi Mateo Mujeklə müqavilə bağlayıb. 22 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

Qeyd edək ki, Mujekin sonuncu klubu “Rudar” (Sloveniya) olub.

Yenicag.az