2018/19 mövsümünə transfer hazırlıqlarına başlayan “Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
Yenicag.az xəbər verir ki, bakılılar yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalayıb.
Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, “Bastiya” və “Orlean” klublarında çıxış edib. Rumıniyanın “Petrolul” və ABŞ-ın “Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış 28 yaşlı futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, “Petrolul”la Rumıniya kubokunun, “Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.
Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən “Petrolul”un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu “Sportinq Kanzas Siti”də isə 76 oyun keçirib.