Hindistanda neftçiləri daşıyan vertolyot dənizə düşdü: Ölənlər var – VİDEO

Hindistandanda vertolyot qəzası baş verib.

Yenicag.az xəbər verir ki, helikopter qəzanəticəsində Ərəb dənizinə düşüb. Nəticədə azı 5 nəfər həlak olub.

Məlumata görə, hava gəmisi Neft və təbii qaz komissiyasının üzvlərini daşıyırdı. Helikopterin göyərtəsində 7 nəfərin, o cümlədən 5 neftçinin olduğu bildirilir.

İlkin məlumata görə, vertolyot suya 60 metr hündürlükdən düşüb.

Hazırda xilasetmə işləri davam etdirilir.