!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftçilərin axtarışı nəticə verməyib – 19 gün keçdi

!Reklam – Yazi

bd54c0ab4923b7e1f0c1f6a9c246af4d“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb.

Həmçinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 kateri sahilboyu axtarışlar aparır.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi məşğuldur. Həmçinin FHN-nin 2 gəmisi yanğının söndürülməsi üçün gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və hazırlıq sona çatmaq üzrədir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.(Azvision)

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv