Ads by Google

hightechnic
Ads by Google

estakadaBu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köşkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban baş vermiş hadisə ilə bağlı sosial şəbəkədə yazdığı statusda texniki təhlükəsizlik məsələsinə diqqət çəkib. O, Nərimanov NQÇİ-nin hasilatı platformalar üzərindən həyata keçirdiyini deyib:

“Yataqlar dənizin dayaz hissəsində yerləşdiyindən qazma prosesi meydançalardan həyata keçirilir. Onların böyük hissəsi artıq ömrünü başa vurub. Əlbəttə bu platformalar 40-50 il əvvəl istismara verilib. Sovet dövründə isə ekologiyaya diqqət edilməyib və bu meydançaların, estakadaların sonradan ləvği ilə bağlı qərarlar olmayıb.

Hazırda SOCAR-ın balansında olan bu qurğuların vəziyyətinə gəlincə, onların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər”.

Hadisənin başverməsi ilkin olaraq, müxtəlif variantları, o cümlədən əməyin təhlükəsizliyi məsələsini gündəmə gətirir.

Məsələ ilə bağlı Yeniçağ.Az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov deyib ki, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasına görə cavabdehlik işəgötürənin üzərinə düşür:

“Bəzən bədbəxt hadisələr də qaçılmaz olur. Bu gün hadisə ilə bağlı yaradılan dövlət komissiyasının araşdırması və rəyi olacaq. Biz dənizdə baş verən hadisəni oturduğumuz yerdən qiymətləndirə bilmərik ki, faciə qaçılmaz idi, yoxsa əvvəlcədən təhlükəsizlik tədbirləri görülməyib. Dənizdə çalışmaq təhlükəlidir və qanunvericilikdə ən riskli iş yeri kateqoriyasına daxildir. Əlbəttə, çalışmaq lazımdır ki, belə hadisələr olmasın. Hələ ki, komissiyanın açıqlamasını gözləyək və bundan sonra biz də öz rəyimizi bildirəcəyik”.

BƏXTİYAR
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."