R.Nadirli. “Xəzər Lənkəran”la prinsipial oyun öncəsi “Neftçi” ciddi itki ilə üzləşib.
“Simurq”la dünən keçirilən qarşılaşmanın 71-ci dəqiqəsində zədələnərək matçı yarımçıq tərk edən Məqsəd İsayevin zədəsinin ciddi olduğu üzə çıxıb.
Həkimlərin ilkin diaqnozuna görə, İsayev ən azı 1 həftə yaşıl meydançalardan kənar qalacaq. Bu isə o deməkdir ki, İsayev noyabrın 24-də “Xəzər Lənkəran”a qarşı keçirilən oyunda “Neftçi”yə kömək edə bilməyəcək.
(az.salamnews.org)