“Neftçi”nin hücumçusu Lukas Qomezə ağır itki üz verib.
Yenicag.az xəbər verir ki, argentinalı futbolçunun atası Oskar Marselino Qomez vəfat edib.
Xəstəlikdən əziyyət çəkən Lukasın atasının vəfatı ilə bağlı klub futbolçuya başsağlığı verib.
Qeyd edək ki, Lukas atasının durumu ağır olduğu üçün ötən həftənin əvvəlindən ölkəsində idi. Futbolçu komandanın düşərgəsinə dünən qoşulub.