Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” matçının keçirildiyi “Bakcell Arena”nın projektorlarındakı problem aradan qaldırılıb.
Yenicag.az xəbər verir ki, 28-ci dəqiqədə yarımçıq dayandırılan görüş 8 dəqiqəlik fasilədən sonra bərpa olunub.
***
Futbol üzrə Azərbaycan Premyer-Liqasının bu gün keçirilən 18-ci turu çərçivəsində baş tutan “Neftçi” – “Sabah” matçındakuryoz olay yaşanıb.
Yenicag.az xəbər verir ki, matçın keçirildiyi 8-ci km. stadionunda oyunun 25-ci dəqiqəsində işıqlar söndürüldüyü üçün qarşılaşma dayandırılıb.
Hazırda komandalar işıqların yanmasını gözləyirlər.