“Neftçi”nin sabiq futbolçusu arvadını döydü – Bakıda – Fotolar

Bir müddət əvvəl həvəskarlar arasında keçirilən Milli Futbol Liqasında kütləvi davaya səbəb olan sabiq futbolçu Erik Obideke yenidən gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, o, bu dəfə arvadını döyüb. Nəticədə, Erikin Aytən adlı xanımı polisə müraciət edərək, vəhşiliklə üzləşdiyi barədə məlumat verib. Məsələ ilə bağlı araşdırma başlayıb.

Maraq üçün bildirək ki, Erik 11 ildir ki, Azərbaycanda yaşayır. Nigeriyalı, Aytənlə 2009-cu ildə evlənib və bu nigahdan onların iki övladı var. Erik Obideke son olaraq Bakının məşhur gecə klublarının birində qəlyan ustası kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, Ebedike Azərbaycandakı karyerası ərzində “Şahdağ”, “Neftçi”, “Muğan”, “Turan”, MOİK və “Şuşa”da çıxış edib.

Emin
Yenicag.az

COP29