“Neftçi”nin yeni transferinin xaraktersizliyi  – Dabo “Qəbələ”ni necə aldatdı?

Son mövsümü ikinci pillədə başa vuran “Qəbələ” daha bir aparıcı futbolçusunu itirdi.

Bundan əvvəl Filip Ozobiçin “Qarabağ”a keçidinə mane ola bilməyən “qırmızı-qaralar”, bu dəfə Baqali Dabonun “Neftçi”yə transferini əngəlləyə bilmədi.

Məsələ burasındadır ki, əyalət təmsilçisi fransız futbolçunu heyətində saxlamaq üçün xeyli mübarizə aparıb. Danışıqlardan sonra tərəflər arasında yeni müqavilənin imzalanmasına dair razılıq da əldə olunub. Bizdə olan bilgiyə görə, hücumçu Azərbaycana geri qayıdıb, “qırmızı-qaralar”la yeni müqavilə imzayacağına dair klub rəhbərliyinə söz verib. Klub da öz növbəsində legioner oyunçunun biletini almağa hazırlaşıb.

Lakin, futbolçu “Qəbələ”yə xəbər vermədən son anda “Neftçi” ilə razılaşıb. Halbuki Dabonun özü iki gün əvvəl şəxsi “instagram” hesabında “Qəbələ” azarkeşlərinə səslənərək, “Yeni mövsümünə hazırsınızmı?” sualını vermişdi.

Burdan da belə başa düşülür ki, xaraktersizlik nümayiş etdirən Dabo Avroliqanın startına az qalmış “Qəbələ”ni çətin vəziyyətə salmış oldu. İş burasındadır ki, Daboya arxayın olan əyalət təmsilçisi fransızın  “kişi sözü”nə güvənərək əlavə futbolçu axtarışına çıxmayıb.

Onu da qeyd edək ki, “Qəbələ”nin Fransanın ikinci liqasında çıxış edən “Kretey”dən 40 min avroya aldığı Dabo “Neftçi”yə 250 min dollara başa gəlib. O, iki ilinə bakılıların büdcəsinə axıdılan neft pulundan yarım milyon dollar qazanacaq.

Emin Səfərov

COP29