!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftdə dalğalanan kurs davam edir - 2023-cü ilin əvvəli... - PROQNOZ

!Reklam – Yazi

Orta və uzunmüddətli perspektivdə neft qiymətləri ilə bağlı gözləntilər 2023-cü ilin əvvəlinə doğru 100 dollar səviyyəsindən yuxarı olacaq.

Yenicag.az “Milliyet”ə istinadən bildirir ki, son vaxtlar OPEC, Səudiyyə Ərəbistanı və Venesuela kimi aparıcı neft istehsalçıları ABŞ-nin və qlobal miqyasda digər inkişaf etmiş iqtisadiyyatların tələblərinə uyğun olaraq öz neft tədarüklərini artırmağa başlayıblar. Eyni zamanda, Mərkəzi bankların faiz artımının davam etməsi və tənəzzüllə bağlı narahatlıqlar fonunda neft qiymətlərinin 100 dollar səviyyəsindən aşağı düşməsi ehtimalı var. Avropa və ABŞ-nin enerji ehtiyatlarının və təchizatının diversifikasiyası axtarışları da neftin qiymətini nisbətən aşağı salır.

Əgər orta və uzunmüddətli perspektivdə gözlənilən resessiya baş verməsə, neftin qiymətində artımın baş verəcəyi gözlənilir. Xüsusən də Avropa Birliyinin (AB) Azərbaycanla qaz təchizatı ilə bağlı razılaşması, digər tərəfdən Baydenin Yaxın Şərq və Venesuela neftini yenidən işə salması kimi səylər qısa müddət ərzində neftin qiymətinin ucuzlaşmayacağını göstərir.

Gülşən Şərif

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv