Reklam

Reklam

Cari ilin ilk iş günündən başlayaraq, neftin qiymətində bahalaşma tendensiyası müşahidə edilir. Belə ki, Brent markalı neftin qiyməti 68 dollara çatıb. “AzəriLight” markalı “qara qızıl”ın qiyməti isə 70 dolları keçib.

Görəsən, ilin əvvəlindən neftin qiymətində baş verən bu bahalaşma nə ilə bağlıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov OilGas.az-a açıqlamasında bildirdi ki, cari ilin ilk günlərindən neftin qiymətində baş verən artımlar indiki məqamda iqtisadi faktorlarla yanaşı, texniki səbəblərdən qaynaqlanır:

“Son qiymət artımı birbaşa texniki səbəblərlə bağlıdır. Qonşu İranda baş verənlər neftin dünya bazarında qiymətlərinə psixoloji təsir göstərməyə başladı. Bu da öz növbəsində “qara qızıl”ın bahalaşmasına gətirib çıxartdı. Eyni zamanda, İranda baş verənlər fonunda İraqın neft ixracatının azalması, bundan öncə Böyük Britaniyada neft nəql edən kəmərdəki sızıntılar və onun müəyyən müddətə təmirə dayanması da qiymətlərə təsir göstərib. Habelə OPEC və ora üzv olmayan digər neft ölkələri, o cümlədən Rusiyanın gündəlik hasilatı azaltmaqla bağlı anlaşmanı 2018-ci ilin sonlarına qədər uzatmaları da neftin qiymətinə artım istiqamətində təsir edən faktorlardan biridir.

Mövcud qiymət artımında spekulyativ amillərin də rolu var. Bu isə ilin birinci yarısının sonuna doğru qiymətdə azalmaların olması ilə nəticələnə bilər. Dünya bazarında tələblə təklif arasında fərq böyük deyil. Amma son aylar neftin qiymətində daha kəskin artımların olduğunu görürük. O baxımdan neftin son bahalaşmasına təsir edən amillər sırasında iqtisadi və texniki səbəblərlə yanaşı, spekulyativ amillər yer alıb. Baş verən artımın hansı dövrə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 912
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."