Nefti bahalaşdıran yeni müharibə: İndi də Liviya

Liviyada vüsət alan daxili hərbi toqquşmalar dünyada neftin qiymətlərinə təsir göstərən yeni amilə çevrilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Liviyanın Milli Neft Korporasiyasının prezidenti Mustafa Sanalla ölkədə yenidən alovlanan hərbi toqquşmaların neft-qaz hasilatının dayandırılması riskini artırıb.

Sanallanın sözlərinə görə, Liviyanın enerji sektoru ölkədə 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra ən çətin vəziyyətlə üzləşib.

Əgər yaxın vaxtlarda hərbi toqquşmalar dayandırılmasa, bu, Milli Neft Korporasiyasının fəaliyyətini iflic edəcək. Liviyada hasilatın dayanması isə dünyada neftin bahalaşması ilə nəticələnəcək.

Nüfuzlu “Financial Times” nəşri də Liviyada vətəndaş müharibəsinin tədricən böyüməsinin dünya neftin qiymətlərinə mütləq təsir göstərəcəyini yazıb.

COP29