CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 2-də 64,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,95 dollar/barel azdır.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,69 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,45 dollar/barel azdır./Trend/