Neftimiz bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 67,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,30 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 63,51 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel çoxdur.