Neftimizi oğurlamağa cəhd etdilər

Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb. Hadisə Gürcüstanda baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş boru və alətlər aşkar ediblər. Hadisə yerinə BP şirkətinin mühafizəçiləri də baxış keçirib.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Gürcüstanda adıçəkilən neft kəmərindən oğurluğa sonuncu cəhd ötən ilin martında olub və faktla bağlı bir neçə şəxs saxlanılıb.

COP29