“Neftin 60-65 dollara olması hamını qane edir” – Vahid Ələkbərov

“Neftin optimal qiyməti 60-65 dollar olmalıdır”

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov deyib.

“Hesab edirəm ki, neftin 60-65 dollara olması indi həm OPEC ölkələrini, həm də OPEC-ə daxil olmayan ölkələri qane edir. Ona görə də, biz razılaşmalı və hamımız təmkinli olmalıyıq ki, 2000-ci ilin ortalarındakı səhvi təkrarlamayaq”, -deyə azərbaycanlı iş adamı bildirib.

Qeyd edək ki, ötən gün Brent markalı neftin bir barelinin dəyəri 65,5 dollara yüksələrək 2 il yarımlıq rekordu yeniləyib. OPEC+ ölkələrinin hasilatın azaldılması barədə sazişin müddətini uzatmaq barədə qərar qəbul etməsi neft qiymətlərinə müsbət təsir göstərib.

COP29