!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin bahalaşması manata necə təsir göstərəcək?

!Reklam – Yazi

Dünya birjalarında neft bahalaşıb. Belə ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib. Bununla “qara qızıl”ın qiyməti 2014-cü ildən sonra ilk dəfə olaraq 72 dollarlıq həddi keçib. Görəsən bu artıma səbəb nədir və neftin bahalaşmasının manata nə kimi təsirləri ola bilər?

Neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, neftin qiymətinin 72 dollar olmasının kökündə geosiyasi amillər dayanır:

“Ümumiyyətlə, son bir həftədə neftin qiymətində belə bir artımın baş verməsi daha çox geosiyasi faktorlarla bağlıdır. Burada fundamental faktorların əsaslı rolundan danışmaq məntiqdən kənar olardı. ABŞ və Çin arasında tarif və ticarət müharibəsinin gərginləşməsi, Suriyadakı siyasi durumun daha da pisləşməsi, ABŞ-ın İrana qarşı sanksiyalarla çıxış edəcəyi xəbərləri, eyni zamanda Vaşinqton tərəfindən aparıcı Rusiya şirkətlərinə qarşı sanksiya tətbiqi neftin qiymətinin bahalaşmasına təsir göstərib. Bu isə süni artım sayılır və müvəqqəti xarakter daşıyacaq.

İndiki artım birbaşa ABŞ-dakı şift neft hasilatı və qazma aktivliyinin artmasına stimul yaradacaq. Nəticədə qısa müddətdə bazarda yenidən neft bolluğu müşahidə ediləcək. Son nəticədə də ehtiyat anbarlardakı neft həcmləri artacaq. Onun baş verməsilə də neftin qiyməti yenidən 55-60 dollar diapozonuna qayıdacaq.

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da məsələ ilə bağlı fikir bildirərkən deyib ki, hazırkı artım sünidir və birbaşa şift neft hasilatına geniş meydan açacaq. Neftin qiymətinin 70 dollar civarında bərqərar olması eyni zamanda, OPEK daxilində kvotanın saxlanılması istiqamətində fikir ayrılığı yaradır. Çünki neftin qiymətinin bu həddində həm OPEK-in, həm də ondan kənar müttəfiq neft ölkələrinin ixrac həcmləri artır. Ona görə də neftin  hazırkı qiymətinin uzun müddət tab gətirəcəyi qeyri-mümkündür və yaxın aylarda bu qiymətdə enmələr baş verəcək”.

Həmsöhbətimizin fikrincə, neftin qiymətinin 72 dolları keçməsi Azərbaycan daxil neft ixrac edən ölkələrə əlavə dollar kütləsinin daxil olmasına səbəb olur:

“Bu da həmin ölkələrin, o cümlədən Azərbaycanın milli valyutasının dollara nisbətdə sabit qalmasına stimul yaradır”.

ELÇİN

www.yenicag.az

1656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv