“Neftin düşməsinin Azərbaycana ciddi mənfi təsiri olmadı”

elihesenovesas64Prezidentin köməkçisi Əli Həsənov “Rossiyskaya qazeta”ya müsahibə verib.

Ə.Həsənov müsahibəsində bildirib ki, ötən il dünyada gedən ağır və ziddiyyətli sosial-iqtisadi və siyasi proseslər fonunda Azərbaycan uğurlu iqtisadi inkişafa nail ola bilib:

“Bu asan olmayan müasir şərtlər altında ölkə bir daha müxtəlif çağırış və kataklizmlərə özünün siyasi stabilliyini və makroiqtisadi dayanıqlığını nümayiş etdirdi.

Vurğulamaq istəyirəm ki, biz işsizlik və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına nail olduq. Hazırda bu göstərici 5 % səviyyəsindədir.

Ölkənin inkişafının ən yaxşı sübutu dünyanın aparıcı reytinq agentliklərinin qiymətləndirməsidir. Məsələn, Beynəlxalq İqtisadi Forum tərəfindən hazırlanan beynəlxalq rəqabətədavamlılıq indeksi reytinqində Azərbaycan 140 ölkə arasında 40-cı yerdədir.

Biz yeddinci dəfədir ki, ard-arda MDB-nin lideri olaraq qalırıq. Bununla yanaşı, bu yaxınlarda Beynəlxalq Valyuta Fondu bu il üçün Azərbaycanın iqtisadi inkişaf proqnozunu 4% artırdı.

Prezidentin köməkçisi dünya bazarında neftin qiymətinin düşməsi fonunda Azərbaycanın enerji asılılığından xilas olmaq üçün gördüyü və bundan sonra görəcəyi tədbirlərdən danışıb:

“Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi böyük təbii ehtiyatları olan ölkələr üçün bir növ sınaq oldu. Əlbəttə, gəlirlərin azalmasına gətirib çıxaran heç də asan olmayan bu iqtisadi situasiyadan çıxmaq üçün kompleks tədbirlər həyata keçirmək lazım idi.

Müvafiq olaraq, Azərbaycanda lazımi addımlar atıldı, bu da ona gətirib çıxardı ki, ölkə hər hansı ciddi mənfi təsirlər hiss etmədi. Bugünki reallıq odur ki, tüğyan edən dünya böhranına baxmayaraq, ölkəmizdə iqtisadi artım tendensiyası müşahidə edilir.

Neftin qiymətinə diqtə edənlərin girovuna çevrilməmək üçün Azərbaycan bundan sonra da iqtisadi islahatlar keçirməyi planlaşdırır. Nəticədə qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sferaları prioritet olacaq

2015-cilin kənd təsərrüfatı ili olması ilə əlaqədar tədbirlər planı təsdiqləndi. Görülən tədbirlər kənd təsərrüfatının inkişafına effektiv təsir göstərdi. Əsassız olmasın deyə, 2015-ci ilin doqquz ayı üçün bir neçə statistik rəqəmləri açıqlamaq istəyirəm. Ondan başlayım ki, kənd təsərrüfatı məhsullarının həcmi 6,7% artıb. Çoxlu sayda iri fermer təsərrüfatları yaradılıb, dövriyyəyə on minlərlə hektar daha əvvəl istifadə olunmamış torplaqlar buraxılıb. Orta məhsuldarlıq rekord həddə -hektara 30 sentnerə çatıb.

Hesab edirəm ki, mənimlə razılaşarsınız ki, bu templə biz yaxın gələcəkdə qida təhlükəsizliyimizi tamamilə təmin edə biləcəyik”.

Müsahibəni tam şəkildə aşağıdakı linkə dail olaraq oxuya bilərsiniz.(Qafqazinfo)

http://www.rg.ru/2015/12/29/gasanov.html