2017-ci ildə Brent markalı neftin orta qiyməti 52,6 dollar/barel təşkil edəcək.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, bu göstərici ABŞ Maliyyə Nazirliyinin Energetika İnformasiya Adminstrasiyasının (EIA) həftəlik proqnozunda yer alıb.
Adminstrasiya aprel ayında Brent neftinin qiymətinin 54,23 dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı. 2018-ci ilə olan prqnozlar isə 57,1 dollar/barel səviyyəsində saxlanılıb.
Proqnozlara əsasən, 2017-ci ildə WTI neftinin orta qiyməti 50,68 dollar/barel olacaq. Aprel ayında isə bu göstərici 52,24 dollar/barel olaraq açıqlanmışdı. Adminstrasiya 2018-ci ilə WTI markalı neftinin 55,1 dollara satılacağını proqnozlaşdırıb.
Yeniçağ.Az