Neftin qiyməti 2 dəfə ucuzlaşacaq – Şok Proqnoz

1439962262_8084593150-“Goldman Sachs” investisiya bankının analitikləri neft emal edən şirkətlərin maksimum gücə çatması ilə əlaqədar neft qiymətlərinin yenidən çökəcəyini, hətta bunu iki dəfə aşağı düşəcəyini iddia edirlər.

Bu barədə AzVision.az “The New York Times”-a istinadən xəbər verir.

Analitiklər vurğulayırlar ki, 2015-ci ildə neft emalı həcmləri artıq bir neçə dəfə «tank tops» vəziyyətinə – anbarların maksimum dolmasına yaxın olub.

Ekspertlər qeyd edirlər ki, neft emalı prosesində qeydə alınan rekord artım, həmçinin Asiya ölkələrindən neft idxalının artması artıq ABŞ və Avropada emal olunan yanacaq ehtiyatının maksimuma çatması ilə nəticələnir.

“Baş verənlər 1998 və 2009-cu illərdə neft məhsullarının artması və xam neftin qiymətinin kəskin aşağı düşməsi ilə nəticələnən hadisələri xatırladır”, – deyə analitiklər öz hesabatında bildiriblər.

İnvestisiya bankı 2016-cı ildə neft bazarında tələb və təklif balansının bərpa olunacağını gözləmir.

Qeyd edək ki, 2014-cü ildə neft qiymətləri iki dəfə aşağı düşüb. Bu ssenarinin yenidən yaşanacağı iddialar sırasındadır.

Yenicag.az