!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neftin qiyməti 45 dollardan aşağı düşməyəcək” – İqtisadçı ekspert

!Reklam – Yazi

neftbahalABŞ dünən strateji neft ehtiyatlarını satışa çıxaracağı barədə bəyanat yaydı, bu gün isə neftin qiymətləri yenidən düşdü.

Maraqlıdır, OPEC-in hasilatı azaltmaq qərarı qiymətlərin artmasına təsir edəcəkmi?

Məsələ ilə bağlı Yenicag.Az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, neft bazarında qiymətləri təkcə bu və ya digər amil müəyyən etmir:

“Burada tələb və təklif amillərinin rolu vardır. Düzdür, siyasi amillərin də təsirləri böyükdür. Lakin bazarda çoxlu şərtlər rol oynamaqdadır. Məsələn, ABŞ-ın strateji neft ehtiyatlarını satışa çıxaracağı haqda bəyanatı qiymətlərə sırf psixoloji təsir göstərməkdən başqa bir şey deyil. Məsələn, dünən 99 % ehtimalla gözlənildiyi kimi Federal Ehtiyat Sistemi (FES) faiz dərəcəsini artırdı. Bu qərarın qəbulu heç də asan başa gəlmədi, buna çox böyük hazırlıq işləri getdi. Belə ki, OPEC tərəfindən nəhayət, məlum yekdil qərarın qəbul edilməsiylə neft nisbətən bahalaşdırıldı”.

Məqalələrimdə də yazmışam ki, OPEC-in hasilatı azaltmaq barədə qərarına ABŞ-ın da razılığı olub:

“Yəni qiymətlər 55-60 dollaradək bahalaşdırımalı idi ki, FES faiz dərəcəsini yüksəldən kimi yenidən öz “məcrasına” qayıtsın. Bu isə o deməkdir ki, neft hər halda 45 dollardan aşağı düşməyəcək. Başqa sözlə, yaxın zamanlarda bundan da aşağı ucuzlaşma gözlənilmir”.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv