Bu gün səhərdən etibarən Nigeriyada hasilatın artması ilə bağlı xəbərlər fonunda dünya birjalarında neftin qiyməti sürətlə ucuzlaşır.
Bakı vaxtı ilə saat 15:25-ə olan məlumata görə, dünya birjalarında Brent markalı neftin avqust fyuçersinin 1 barreli 49,02 dollara satılıb.
Bu göstərici bu gün səhər birjalar açılarkən qeydə alınmış rəqəmdən 1,08 dollar, yaxud 2,16% azdır.