Neftin qiyməti 80 dollara çatacaq? – Nazirdən açıqlama

“Neftin qiymətinin bir barel üçün 80 dollara qalxması ehtimalı olduqca azdır”.

Yenicag.az Oilgas.az-a istinadən xəbər verir ki, bunu Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi deyib. O bildirib:

“Bütün istehsalçılar üçün neftin bir barelinin 60 dollar əvəzinə 80 dollar olması sərfəlidir, amma bu, rasionaldırmı?  Çox güman, indiki şəraitdə yox. Neft istehsalçıları mövcud iqtisadi mühitdə, yəni təxminən, 60 dollar/barrel qiyməti ilə hərəkət etməlidir. Neftin qiymətinin 60 dollar/barreldən 80-ə yüksəlməsinə mən də sevinərəm, amma bu, olduqca az ehtimaldır”

COP29