“Neftin qiyməti ağlasığmaz dərəcədə yüksələcək…” – XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İranla yaşanan gərginliklə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, vəliəhd CBS kanalının “60 Minutes” verilişində sualları cavablandırıb.

“Beynəlxalq ictimaiyyət İranın qarşısını almaq üçün birləşməsə, neftin qiyməti ağlasığmaz dərəcədə yüksələcək və dünya maraqlarını təhdid edən daha çox gərginliklər yaşanacaq”, – deyə Salman xəbərdarlıq edib. Məhəmməd bin Salman İranla aralarındakı gərginliyi daha çox siyasi yolla həll etmək istədiklərini, iki ölkə arasındakı müharibənin dünya iqtisadiyyatının çökməsinə səbəb ola biləcəyini vurğulayıb.

Daha sonra vəliəhd Cemal Kaşıkçının öldürülməsi üçün əmr verdiyinə dair səsləndirilən iddiaları “qətiyyən, xeyr!”, – deyərək rədd edib.