Dünya neft istehsalında aparıcı rol oynayan 16 neft ölkəsinin Qətərin paytaxtı Dohada keçirdiyi görüşün nəticəsiz olması bu sahədə narahatlığa səbəb oldu. Yenicag.az “Timetürk”ə istinadən xəbər verir ki, görüşlərin mənfi nəticələnməsi ilə neft qiymətləri aşağı düşməyə başladı.
Neft qiymətləri həftəyə keçən həftəyə nisbətdə aşağıya düşməklə başladı.
İstehsalın dayandırılması ilə bağlı qərarın çıxmamasını açıqlayan Qətərin neft naziriı Muhammed bin Salih əs-Sade müsbət nəticənin əldə edilməsi üçün daha çox zamana ehtiyaclarının olduqlarını bildirib.
Görüşün müsbət baş tutmamasının səbəbinin Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik və rəqabətin olduğu vurğulanır. Hər iki ölkənin bazardakı paylarını artırmaq üçün fantastik dərəcədə qiyməti aşağı salmağa hazır olduqları bildirilir və bu OPEK-ə üzv olan ölkələri təşvişə salıb.
Yenicag.az