neftrekord

OPEK üzvü olmayan 11 ölkənin gündəlik hasılatı azaltmaq haqqında birgə qərarı neftin qiymətini artırıb.

Yeniçağ.Az investing.com-a istinadən xəbər verir ki, OPEK-ə daxil olmayan 11 ölkənin qurumun gündəlik hasılatı azatmaqla bağlı qərarı neftin bahalaşma tendensiyana müsbət təsir göstərəcəyi haqda proqnozları doğruldur.

Qeyd olunur ki, OPEK-ə daxil olmayan ölkələr praktik olaraq ilk dəfədir ki, qurumla belə geniş miqyasda sinxron əməkdaşlığa razılıq veriblər. Məlumata görə, qeyri-OPEK ölkələri 2017-ci ilin yanvarından etibarən, gündəlik hasılatı 600 min barreldən 558 min barrelə endirəcəklər. Bu razılaşma dünya neft hasilatında ümumi payı 50 %-dən çox olan ölkələrin ötən əsrin 70-ci illərindən sonra bazarın sabitləşdirilməsinə yönələn ilk addımdır. ABŞ-ın Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin mütəxəssisi Ceyson Bordofun fikrincə, nəzərdə tutulan ölkələrin gündəlik hasılatı azaltmaq barədə OPEK-in Vyanada qəbul edilmiş qərarına qoşulmaları ilk növbədə bu məsələdə təkid edən Səudiyyə Ərəbistanının qələbəsi kimi qiymətləndirilməlidir.

OPEK və vu bu quruma daxil olmayan ölkələrin gündəlik hasılatı azaltmaqla bağlı qərarından sonra dünya bazarına çıxarılan xam neftin həcmi 2 % azalıb və bu amil “qara qızıl”ın qiymətinin artmasına səbəb olub.

Məlumata görə, bazar günündən bazar ertəsinə keçən gecə “Brent” markalı neftin 1 barrelinin qiyməti 57,89 dollara yüksəlib. WTI markalı neftin qiyməti isə 54,51 dollara çatıb. Bununla belə, səhər saatlarında qiymətlər nisbətən aşağı düşüb. “Brent” markalı neftin bir barreli 56,73, WTI markalı neftin bir barrelinin qiyməti isə 54,02 həddində müəyyənləşib.

Yeniçağ.Az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."