Neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar ucuzlaşaraq 64,66 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 56,62 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar azalaraq 62,97 dollar təşkil edib.

COP29