Neftin son qiyməti

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,13% azalaraq 63,49 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar və ya 0,14% ucuzlaşaraq 69,10 dollar olub.