Nəhəng şirkətdə kütləvi ixtisar – 500 əməkdaş işsiz qala bilər

Rusiyanın ən böyük neft-qaz şirkəti “Qazprom”un müqavilələr sisteminə keçməsi konserndə və onun törəmələrində 300-500 əməkdaşın ixtisar edilməsilə nəticələnə bilər.

Yeniçağ.Az OilGas.az -a istinadən xəbər verir ki, “Qazprom” mərkəzi aparatının təxminən 4000 nəfər işçisi var. Yeni müqavilələr siteminə keçmək planı barədə şirkət sədrinin müavini Vitali Markelov məlumat verib. Plan altı departament tərəfindən hazırlanır və iyul ayının 1-də təhvil verilməlidir.

“Qazprom” sədri Aleksey Millerin mətbuat katibi Sergey Kupriyanov məlumatı şərh etməkdən imtina edib.

 

Yeniçağ.Az

COP29