Nəm salfetlər qadağan oluna bilər

Rahat və cəld təmizlik üçün hamının gündəlik istifadə etdiyi nəm salfetlərin istehsalı dayandırıla bilər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb nəm salfetlərin təbiətdə uzun müddət tullantı olaraq qalması və torpağa çox gec qarışmasıdır. Beləliklə, ətraf mühitin mühafizəsi üçün bu “canqurtaran” vasitə qadağan oluna bilər. Artıq Böyük Britaniya bu sahədə müvafiq addımlar atır. 2020-ci ildən etibarən ölkədə plastik butulkalarda su satılmayacaq və eləcə də nəm salfetlərin istehsalı, satışı qadağan olunacaq.

Qeyd edək ki, bu cür maddələrin təbiətdə yox olması müddəti ən azı 100 il çəkir.