!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nemət Pənahlı və bacısı oğlu saxlanıldı

!Reklam – Yazi

nemet-penah3Bu dəqiqələrdə (15:04) Nemət Pənahlını saxlayıblar.

Bu haqda Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib.

O qeyd edib ki, N.Pənahlı ilə yanaşı, fiziki qüsurlu olan bacısı oğlu da hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb: “Bütün bunların səbəbi odur ki, biz Əli Kərimli ilə qonşuyuq. 3 gündür biz evdə yata bilmirik, oğlanlar hər gün pəncərənin altında dayanıb küçə söyüşləri söyür, “şərəfsiz”, “erməni” deyib qışqırırlar.
Mənim evdə xəstə, sistemin altında olan övladım var. Bizdən üstdə Əli Kərimli yaşayır. Bu hansı qanundur, küçədə bir insan digərini təhqir etdiyinə görə neçə sutka iş verirlərsə, bunlara nədən göz yumurlar?”

H.Pənahlı qeyd edib ki, Nemət Pənahlı Nəsimi rayon polis bölməsinə aparılıb: “Nemət evə gəlirdi, evin qarşısına yığışanları görüb polisə müraciət edib. Bildirib ki, evimin qarşısında yığışıblar siz niyə dayanmısınız bəs? Elə bunu demişdi ki, Nemətin qolunu burub maşına saldılar. Buna etiraz edən bacısı oğlu, fiziki qüsurlu uşağı da ondan betər maşına basıb Nəsimi rayon polis bölməsinə apardılar”.

Qeyd edək ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulmuşdu. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.(modern)

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv