Nənə və nəvə itkin düşdü – Bakıda

Bakıda nənə və nəvəsi itkin düşüb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, Rahim Hacıyev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyevanın yanvarın 30-da evdən çıxaraq getdiklərini və bir daha geri qayıtmadıqlarını bildirib.

Polisə daxil olan məlumat əsasında axtarışlara başlanıb.

Yenicag.az