Nənə və nəvəsi dəm qazından boğuldu

Bakıda iki nəfər dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb.

Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

COP29