!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Nənəmi itirmişik, Kərimi də itirə bilmərik" - Qohumları meyxanaçını aldatdılar

!Reklam – Yazi

 Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan meyxanaçı Kərim Novruzov hələ də anasının ölümündən xəbərsizdir. Meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov Yeniçağ.az-a açıqlamasında dayısının yaxşı olduğunu, amma həkim nəzarətində müalicə aldığını dedi:

“Dayım xəstəxanadan evə gələn kimi anasını soruşdu. Biz dedik ki, yaxşıdır, evındədir. Bu gün onun birinci cümə axşamısıdır. Məclisi yola verək, görək neynirik. Mən cavanam, bu xəbəri ona demək ağsaqqallara düşər. Amma indiki halda bu ağır xəbəri ona çatdırmaq olmaz. Nənəmi itirmişik, Kərimi də itirə bilmərik. Təbii ki, gec-tez biləcək. Bəlkə 10 gün, ya bəlkə də bir az artıq gizlədə bildik”.

Qeyd edək ki, bir neçə gün bundan öncə meyxanaçının beyninə qan sızıb.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv