Nənəsini öldürən gənc qız cinayət hadisəsi barədə danışıb.
Yenicag.az xəbər verir ki, 15 il həbs cəzası verilən Reyhan Davudova nənəsini necə öldürməsindən danışıb:
“Şəki şəhərində anadan olmuşam. Atamla anam ayrılıblar. Atamın himayəsində olmuşam. 26 yaşımda 1-ci dəfə tutuldum. Əynimdə hərbi forma var idi. Sənəd istədilər. Gətirdilər polis şöbəsinə, ordan da aparırdılar psixiatriya xəstəxanasına. 1-2 gündən sonra baxırdılar ki, heçnəyim yoxdur buraxırdılar. Sonra özümdə problemlər, tutulmalar yaranırdı. Özümü ələ alırdım. Qorxurdum ki, nəsə hadisə törədə bilərəm. Özüm həkimə müraciət edirdim. Deyirdilər keçicidir. Gündüzlər nənəmin yanında olurdum. Nənəm məndən qorxurdu ki, nəsə hadisə olar. Mən hicabda olurdum. Namaz qılmağa, mağazaya gedəndə, mənə başqa cür yanaşırdılar. Anamı təhqir edirdi ki, əxlaqsızsız. Mənim də xoşuma gəlmirdi”.
Məhkum daha sonra qətli törətdiyi həmin gecədən danışıb:
“Həmin sözləri dedi, təhqir etdi. Mən də dispanserdən gəlmişdim. Çərçivədən çıxaraq təhqir etdi. Mən də özümü ələ ala bilmədim, onu boğaraq qətlə yetirdim. Boğulmuş vəziyyətdə idi. Mən də çəkdim saldım yerə, çəkiclə vurdum. Özümü cilovlaya bilmədim. Burada cavanlığım gedir. Əsas anadır. Anam tutularkən özü dalımca gəldi. Özüm polis şöbəsinə gedib təslim oldum. Nənəmin 10500 pulu, 1 kiloya yaxın qızılın gətirdim. Elə şeyə görə qətl törətməzdim. Gələrlər ki, evdə meyit var, onları oğurlayarlar üstümdə qalar. Bunları təhvil verdim ki, bunlara görə törətməmişəm. Məhkəmədə mənə hökm oxundu. Dedilər son sözün nədir? Dedim ki, yalnız dayımdan üzr istəyirəm. Heç kim yanıma gəlib-getmir. Təkcə dayımın gəlməsini istəyərdim”.