Nepala 15 milyon ayrılacaq

89280BMT zəlzələdən zərər çəkmiş Nepala 15 milyon dollar yardım ayıracaq.

Yenicag.az xəbər verir ki, bu məlumat təşkilatın rəsmi internet saytında yer alıb.

BMT hesabatında bildirilir ki, güclü zəlzələdən ən azı səkkiz milyon insan zərər çəkib. Onların bir çoxu yaşayış yerini itirib. Bundan başqa regionda ərzaq və içməli su çatışmazlığı müşahidə olunur.

Vəsait zəlzələdən zərər çəkmişləri yaşayış yeri, su və qida ilə təmin etməyə yardım edən təşkilatlara ayrılacaq.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,8 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 5 mindən çox insan həyatını itirib, on minə qədər insan yaralanıb. Fəlakət zonasında infrastruktur dağılıb, rabitə və elektrik yoxdur.