Nepalda avtobus xəndəyə yuvarlanıb, 24 nəfər ölüb, 41 nəfər xəsarət alıb

Nepalda avtobusun qəzaya uğraması nəticəsində azı 24 nəfər ölüb, 41 nəfər xəsarət alıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, insident Cayarkot rayonunda baş verib.

Yüksək sürətlə hərəkətdə olan avtobus idarəetməni itirib və 200 metrədək dərinliyi olan xəndəyə yuvarlanıb.

Araşdırma aparılır.

Yeniçağ.Az