Nepalda dəhşətli qəza: 16 ölü, 12 yaralı

Nepalın Danq rayonunda avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər ölüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, daha 12 nəfər yaralanıb.

Avtobus 400 metr yüksəklikdən dərəyə aşıb. Qəza nəticəsində ölənlər tələbə və müəllimlər olublar.