Nepalda təbii fəlakət: Daşqın və sürüşmə nəticəsində 32 nəfər ölüb

Nepalda ötən gün axşam saatlarından başlayan güclü yağışlardan sonra meydana gələn daşqın və sürüşmələr nəticəsində 32 nəfər ölüb. 

Yenicag.az xəbər verir ki, Nepal Daxili İşlər Nazirliyi təbii fəlakət nəticəsində 12 nəfərin yaralandığını, 17 nəfərin isə itkin düşdüyünü bildirib.

Güclü yağış ölkənin 21 rayonunda ciddi fəsadlara səbəb olub./APA/