!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"NEPTUN”dan daha bir nümunəvi addım: Əməkdaşları qan verdi - FOTOLAR

!Reklam – Yazi

Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada “Neptun Supermarketlər Şəbəkəsi”nin əməkdaşları da fəal iştirak edir.

“Neptun Supermarketlər Şəbəkəsi”nin əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər.

Məlumat üçün qeyd edək ki, Koronavirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar ölkədə həyata keçirilən sosial tədbirlərə dəstək məqsədi ilə “Neptun Supermarketlər Şəbəkəsi” də bir sıra innovativ layihələr reallaşdırıb, gücləndirilmiş iş rejiminə keçmişdir. Ölkədəki supermarketlər arasında yeganə online alış-veriş saytı olan onlineneptun.az saytı 3 ildir fəaliyyət göstərir. Bütövlükdə, 25000-dən artıq müxtəlif növ çeşidli məhsullar onlineneptun.az proqramına inteqrasiya olunub və bütün kampaniyalar, aksiyalar, endirimlər, bonuslar, ən əsası QİYMƏTLƏR online sifariş zamanı eynidir və keçərlidir.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv