Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Yeniçağ.Az-ın məlumatına görə, Əsasnaməyə əlavə olunan 9.44-1-ci bəndə əsasən, Nəqliyyat Nazirliyi dəmir yolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edəcək.
Yeniçağ.Az