!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat qadağasının kölgə iqtisadiyyatına AÇDIĞI YOL - "Bu qərar təcili ləğv edilməlidir"

!Reklam – Yazi

“Həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulmasına münasibət bildirən iqtisadçı Samir Əliyev deyib.

İqtisadçının sözlərinə görə, sözügedən qərarın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə sosial zərər yaradır: Əvvəlcə müşahidəmi yazım sonra fikrimi izah edərəm.

“Həftəsonları avtobus işləmədiyinə görə sərnişinlər “1 manatlıq” taksilərdən istifadəyə məcbur olurlar. Metroyanı dayanacaqlar taksilərlə dolu olur və insanlar 4 nəfər olmaqla maşında oturub ünvana gedirlər. İlk baxışdan hər şeyin normal olduğu görünsə də, müəyyən problem var. Belə ki, taksilərə dörd nəfər oturur və avtobusdan fərqli olaraq, bir-birinə daha yaxın məsafədə olurlar.

Eyni zamanda gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı 1 manat olduğundan avtobuslardan (30 qəpik) fərqli olaraq, sərnişinlər üç dəfədən çox ödəniş ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir”.

Samir Əliyev vurğulayıb ki, mövcud gedişat tıxacların daha çox yaranmasına yol açır. Halbuki şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir:

“Ölkədə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə “1 manatlıq” taksilər hesabına tıxac yaradır. Təsəvvür edin ki, 40 nəfər sərnişin aparan bir avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır. Bu baxımdan nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Nəticədə şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də üç dəfə çox məbləğ “1 manatlıq” taksilərə qismət olur. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır. Eyni məsələni rayonlararası nəqliyyatın işləməməsi məsələsinə də şamil etmək olar. Böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir. Ümid edirəm ki, bu əsaslandırmalar qərarı ləğv etmək üçün Operativ Qərargah üçün qanedici olacaq”.

Gülşən Şərif

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv