Nəqliyyatda gediş haqqı artmayacaq – Rəsmi açıqlama

c640bda0be0cd4fc2cff4be291dee728“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”.

Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var elə də qalacaq: “Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”. Nazir müavini əlavə edib ki, ictimai nəqliyyatda gediş haqlarının kart sistemi ilə ödənilməsi bütün avtobuslara şamil olunacaq: “Yeni sistem insanlara rahatlıq yaradır, eyni zamanda avtobuslara minib-düşmə sürətini artırır, bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”.

`Cənab prezidentin tapşırığına uyğun olaraq biznes mühiti üçün daha da yaxşı şəraitin yaradılması məqsədilə lisenziyaların böyük əksəriyyəti ləğv olunub` – deyən Musa Pənahov bildirib ki, bu lisenziyaların ləğv olunması eyni zamanda bizneslə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərə kifayət qədər yaxşı şərait yaradır ki, onlar daha da yaxşı xidmət göstərə bilsinlər: “Bu sahədə artıq addımlar atılıb. Bir çox xidmətlərə lisenziyalar tələb olunur”.