Nəqliyyatla bağlı yeni MÜZAKİRƏ: Cərimələr artırılır – VİDEO

Milli Məclisin iclasında nəqliyyatla bağlı bir sıra məsələlər müzakirə edilib. Müzakirə olunan məsələlərdən bir neçəsi isə dayanma-durma, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmə, eyni zamanda, marşrut və velosiped yollarına daxilolmalarla bağlı cərimələrin artırılmasıdır.

Mövzu ilə bağlı Yenicag.az-a danışan nəqliyyat məsələləri üzrə eskpert Aslan Əsədov deyib ki, sözügedən məsələlərə görə maarifləndirmə işlərinin aparılması daha vacibdir.

Onun sözlərinə görə, cərimələrin artrılmasını sonrakı mərhələdə həyata keçirmək daha məqsədəuyğun olar.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov

COP29