Nərgiz Cəlilova AzTV-dən niyə getdi?

Bu ilin yanvarında Əməkdar artist Nərgiz Cəlilova “Sözəbaxan” adlı verilişlə AzTV ekrana gələcəkdi.

Yenicag.az Olay-a istinadla xəbər verir ki, son anda baş verən dəyişikliklə televiziya ulduzu AzTV-dəki işindən gedib.

Proqramın sonrakı taleyi barədə isə hələ ki bir məlumat yoxdur.

N. Cəlilovanın kanaldan getməsinə tərəflər arasındakı fikir ayrılıqları səbəb olub. Hətta N.Cəlilova dövlət televiziyasının nəzdində fəaliyyət göstərən akademiyadakı fəaliyyətini də bitirib.