!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nərgiz Paşayeva ailə üzvləri ilə tamaşada – fotolar

!Reklam – Yazi

58928_j35f40xwypOktyabrın 7-də “ÜNS” Yaradıcılıq Səhnəsi 9-cu teatr mövsümünü Rusiyanın və Ukraynanın Xalq Artisti Roman Viktyukun rejissoru olduğu “Fedra” mistik dramının tamaşası ilə açıb.

Özündə ənənə və yeniliyi birləşdirən və hər zaman tamaşaçılara maraqlı əsərlər təqdim edən “ÜNS” Yaradıcılıq Səhnəsində bu dəfə tanınmış rejissor Roman Viktyukun Teatrı çıxış edib.

“Fedra” tamaşasının Azərbaycan teatrsevərlərinə təqdimatından əvvəl əsas rollardan birini canlandıran Aleksandr Dzyuba çıxış edərək əsərin bu səhnədə nümayiş etdiriləcəyindən məmnunluğunu ifadə edib və “ÜNS” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirib.

Aktyor onunla birlikdə Bakıya gələn yaradıcı qrupun paytaxtımızın gözəlliyinə heyran qaldığını da vurğulayıb. Sonra baş rolun ifaçısı, Rusiyanın Əməkdar Artisti Dmitri Bozin əsərin süjet xətti barədə məlumat verib. Bildirib ki, yunan mifologiyasına görə Minos şahının qızı Fedra Tezeyin həyat yoldaşı olub. O, oğulluğu İppolitə vurulur, amma hissləri qarşılıqlı olmadığına görə intihar edir. Bu əsərdə sevgi ilahəsi Afrodita və sevgini inkar edən Artemida ilahəsinin konflikti göstərilir.

Qədim mifologiyada və dünya ədəbiyyatında Fedra obrazı – günahkar sevgi obrazıdır. Amma minilliklər ərzində bu obraza verilən mənalar, əlbəttə ki, dəyişib, Fedra obrazı daha da dərinləşib, yeni rənglərlə zənginləşib. Bir çox yazıçı və şairlər Fedranın faciəvi taleyinə müraciət edərək, obraza yeni interpretasiyalar əlavə ediblər, onun günahlı sevgisinə olan münasibət qadının qınanmasından dərdinə şərik olmaq dərəcəsinə qədər dəyişib. Rolları Dmitri Bozin (Gecənin ruhu, Fedranın maskasında), İqor Nevedrov (İppolit), İvan İvanoviç (Tale), Aleksandr Dzyuba (Tezey) canlandırıblar. Əsərin əvvəlində konflikt sevgi ilahəsi Afrodita və sevgini inkar edən Artemida arasında qurulub.

İppolitin Artemida ilə ittifaqı, onun Afroditanı inkar etməsi çox vacibdir. İppolit sevgiyə ikrahla yanaşır. Afrodita Fedra vasitəsilə Tezeyi və İppoliti məhv edir. “Etiraf” səhnəsində İppolit söyləyir ki, qadın sevməzliyi ona anasının kişilərə olan nifrətindən keçib. Bu səhnə Fedranın İppolitə ikisinin birgə ölmək arzusu ilə müraciəti və oğlanın kobud cavabı ilə bitir. Fedranın əbədi dünyaya can atmaq barədə düşüncələri onun təcrid olunmuş durumundan çıxış yoludur. Fedra yalnız İppolit qarşısında utanır, qorxur və onun tərəfindən rədd edildiyi üçün məhv olur. Mariya Svetayevanın da vaxtilə yazdığı kimi, Afrodita tərəfindən göndərilmiş bu sevgi Tezeyi cəzalandırmaq üçündür. Fedra yalnız günahsız qurbandır.

Bunu çar Tezeyin “Günahkar yoxdur. Hamı günahsızdır” fikirlərindən də görmək olar. Tamaşa Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə hazırlanıb. Beləliklə, sənət aləmində özünəməxsus ab-hava, ovqatla seçilən “ÜNS” Yaradıcılıq Səhnəsi yeni mövsümü maraqlı əsərin təqdimi ilə başlayıb. Tamaşa boyu sözün, musiqinin, ritmin, xoreoqrafiyanın sintezi ilə aktyorların səs tonlarının, jestlərinin və mimikalarının düzgün təqdimatı tamaşaçı üçün bu mistik dramı daha da yaddaqalan edib.

Tamaşa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirilib. “ÜNS” Yaradıcılıq Səhnəsinin 9-cu mövsümünün ilk tamaşası alqışlarla qarşılanıb(azərtac).

 

www.yenicag.az

2097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv