!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nəriman Abbasov çempionluq kəməri qazandı

!Reklam – Yazi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti titulunu qazanıb.

Yenicag.az-ın məlumatına görə, idmançımız “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib.

N. Abbasov bu uğuru Rusiyanın Mıtişi şəhərində keçirilən turnirdə rəsmiləşdirib. Belə ki, “Fight Night Global93” çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən 5 raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər. Daha fəal döyüşən Nəriman qalib gəlib – 48:47, 47:47, 48:47.

Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb.

www.yenicag.az

6081
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv