Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Nəriman Abbasovdan növbəti qələbə! - FOTO

Reklam: Sinerji Pro

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov növbəti matçına çıxıb.

Yenicag.az xəbər verir ki, idmançımız MMA üzrə “Fight Night Global 71” turniri çərçivəsində qüvvəsini sınayıb.

Abbasov Rusiya paytaxtı Moskvada keçirilən turnirdə Dmitri Qorobetslə üz-üzə gəlib. Döyüşü üstün şəkildə keçirən təmsilçimi hər üç raundu qələbə ilə başa vurub – 3:0.

Əldə etdiyimiz məlumata görə, Nərimanın növbəti döyüşü “Fight Night Global”ın çempionluq kəməri uğrunda olacaq. Və o turnirin Azərbaycanda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, Nərimanın 17-ci qələbəsidir. O keçirdiyi 20 döyüşün yalnız ikisində məğlub olub.

Yenicag.az

 

www.yenicag.az

409