Nəriman Əbdülrəhmanlının “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi nəşr olunub – FOTO

Yazıçı-publisist Nəriman Əbdülrəhmanlının “Azərbaycan kino sənəti tarixi” 4 cildliyində milli kinematoqrafiyanın bütün dövrlərini əhatə edən qiymətli məlumatlar toplanıb.

Yenicag.az xəbər verir ki, 4 cilddə işıq üzü görən əsər Kinematoqrafçılar İttifaqı tərəfindən nəşr edilib.

“Azərbaycan kinosunun doğuluşu və ilk dövrü”(1895-1920-ci illər) və “Azərbaycan sovet səssiz kinosu” (1920-35-ci illər) adlanan 1-ci cilddə milli kinonun başlanğıc və təşəkkül dövründən bəhs olunur.

Kitabın 2-ci cildi 1936-61-ci, 3-cü cild 1961-91-ci, 4-cü cild isə 1991-2018-ci illərdə milli kinomuzda cərəyan edən edən proseslərə həsr edilib.

Hər bir cilddə qeyd olunan dövrlərdə çəkilmiş ekran əsərləri, o cümlədən, rejissor və aktyorlar barəsində məlumatlar, yaradıcılıq prosesinə təsir edən mühüm amillər haqqında dolğun məlumatlar verilib.